Azəristiliktəchizat ASC PVC boru və fitinglərin satınalınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1700531291
Satınalan təşkilatın ünvanı: AZ1123, Bakı şəhəri, Xətai rayonu Xudu Məmmədov küçəsi 3,
Müsabiqənin başlama tarixi və vaxtı: 01.08.2023 13:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 21.08.2023 14:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 29.08.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 30.08.2023 14:00
Ödəniş şərtləri - Köçürülmə yolu ilə
Çatdırılma yeri - Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov 3
Çatdırılma müddəti - Müqavilə bağlandığı andan 30 bank günü.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Nicat Nuraliyev, satınalmalar üzrə mütəxəssis
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
İddiaçının son 1 (bir) ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) bank dövriyyəsi haqqında arayış
Nizamnamə
Qeydiyyatdan keçdiyi ölkə
Bank rekvizitləri
Mikro, kiçik, orta və iri sahibkarlıq subyekti kateqoriyasına aid edilməsinə dair arayış
“Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanının, habelə ödəmə qabiliyyətinin olması”
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi”
İddiaçının rəhbərinin (direktorun) vəzifəyə təyin olunmasını təsdiq edən sənədin surəti
“Baş təchizatçı kimi təqdim etdiyi analoji xüsusiyyətli, həcmli mallar, xidmətlər və davam etdirilən layihələr” meyarı üzrə - Bu çeşidli malların satınalması üzrə minimum 2 yerinə yetirilmiş müqavilə təqdim etməlidir.
“Texniki imkanlar və əsas vəsaitləri barədə məlumat”
“Satınalma müqaviləsinin icrasını təmin etmək üçün idarəetmə səriştəsinin, etibarlığının olması”
Satın alınan malların uyğunluq sertifikatları və mallar daxili istehsal olduqda istifadə olunacaq xammalın mənşə sertifikatları, xarici istehsalçı vasitəsilə təqdim edildikdə müvafiq malların mənşə sertifikatları
“Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması”
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Email: [email protected]
Əlaqə telefonu: 077 419-02-06
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Rekor |
d 25/15 mm |
5.000 |
ədəd |
2 |
Əks klapan |
d-25 mm |
2.500 |
ədəd |
3 |
Dirsək |
d-25 mm |
10.000 |
ədəd |
4 |
Perexod |
d-25/15 mm |
5.000 |
ədəd |
5 |
Tıxac ( Zaqluşka ) |
d-25 mm |
100 |
ədəd |
6 |
Boru |
d-25 mm |
2.500 |
ədəd |