"Azərişıq" ASC ““Bərdə və Kürdəmir rayonları ərazisində paylayıçı elektrik şəbəkələrində itkilərin azaldılması məqsədilə elektrik verilişi xətlərinin təmiri və yenidən quraşdırılması (0,4 kv ÖİN xətlərinin və KTM-lərin quraşdırılması)” işlərinin” tenderinə yekun vurub
FED.az xəbər verir ki, "Smart Pover” QSC qalib elan olunub.
Qalib gəlmiş təşkilatla 2023-ci il noyabrın 22-də ƏDV daxil olmaqla 6 712 427,95 (altı milyon yeddi yüz on iki min dörd yüz iyirmi yeddi manat 95 qəpik) manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanıb.