"Azərişıq" ASC "0,4 kV kabel xətlərinin daşınması üçün zəruri olan dartıcı, birləşdirici və saxlayıcı aksesuarların satın alınması" tenderinə yekun vurub.
FED.az xəbər verir ki, qalib şirkət "Amper" MMC (VÖEN: 1803674831) olub.
Tenderin dəyəri 380 196 manatdır.
Qeyd edək ki, "Amper" MMC 10.1.2017-ci ildə dövlət qeydiyyatına alınıb.
Şirkətin nizamnamə kapitalı 108 010 manatdır. Qanuni təmsilçi Xəyal Söhbətov Gülməmmədoğludur.
Hüquqi ünvanı, Az1104, Bakı şəhəri, Sabunçu rayonu, Şabunçu ŞTQ, Oktyabr (Zabrat 1 qəs) ev 44, m 11-də yerləşirş