“Azərişıq” ASC “"Azərişıq" ASC-nin paylayıcı elektrik şəbəkələrində itkilərin azaldılması, gərginlik düşkülərinin aradan qaldırılması məqsədilə Abşeron, Sabunçu və Nizami rayonları ərazisində yerləşən elektrik veriliş xətlərində və qurğularında yenidənqurma işlərinin aparılması, yeni güc mərkəzlərinin yaradılması işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
Cəbrayılın 3 kəndinin elektrik təchizatı 10 milyona - BAŞA GƏLƏCƏK
FED.az xəbər verir ki, tenderin qalibi “Harmony İndustrial Construction and Engineering Group” MMC olub.
Qalib şirkətə 5 867 271 manat ödəniləcək.
Qeyd edək ki, “Harmony İndustrial Construction and Engineering Group” MMC 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 165 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Əlövsət Orucov Bilal oğludur. Hüquqi ünvanı AZ1069, Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli, ev 52, m. 20 ünvanında yerləşir.