“Azərişıq” ASC “Gəncə şəhərində 110/35 kV-luq 2x40 MVA gücündə "Mərkəz" yarımstansiyasının tikintisi və mövcud şəbəkə ilə əlaqələndirilməsi (giriş-çıxış xətlərinin yeni yarımstansiyaya köçürülməsi) işləri” tenderinin nəticələrini elan edib.
Agentlik xarici elektrik təchizatına 1 milyona yaxın pul - SƏRF EDƏCƏK
FED.az xəbər verir ki, tenderin qalibi “Smart Energy Services” MMC olub.
Qalib şirkətlə 15 603 262 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Smart Energy Services” MMC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Anar Tinayev Nemət oğludur. Hüquqi ünvanı AZ1054, Bakı şəhəri Binəqədi rayonu, Həsrət Ağamalıyev (Rəsulzadə qəs.), ev 10, m. 25 ünvanında yerləşir.