"Azərişıq" ASC "“6/10/0,4 kV-luq xətlərdə elektrik enerjisinin qəbul olunması, çevrilməsi və paylanması üçün müxtəlif qurğu və avadanlıqların” satın alınması" tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, qalib "GBS" MMC (VÖEN: 1500855231) seçilib.
Şirkətklə 3 821 194 manat məbləğində müqavilə imzalanıb.
"GBS" MMC bundan əvvəldə qurumla 961 464 manat məbləğində "“ASAN xidmət” mərkəzlərinin “Azərişıq” ASC-yə aid olan layihələrə tələb olunan müxtəlif tipli qutu və panoların satın alınması" tenderi üzrə müqavilə bağlayıb (09.04.2020).