Səhiyyənin Təminat Mərkəzi “Xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan tibbi ləvazimatlar və sərfiyyat materiallarının satınalınması” tenderinin nəticələrini elan edib.
Daha bir iri məbləğli tenderin qalibi "Azəri Med" şirkəti oldu
FED.az xəbər verir ki, tenderin qalibi “Azəri Med” QSC olub.
Şirkətlə 5 847 956 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Azəri Med” QSC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Famil Rəhimli Vəli oğludur. Hüquqi ünvanı AZ1033, Bakı Şəhəri Nərimanov Rayonu, Asif Məmmədov, Ev 30 F ünvanında yerləşir.