"Azərenerji" ASC açıq tender elan edir.
FED.az xəbər verir ki, tender elanı Elektrik Stansiyalarında istifadə olunacaq müxtəlif energetik yağların satın alınması (elektrik stansiyaların mühərriklərində mövcud olan energetik yağlara istehsalçının tələbinə və avadanlıqların istismar qaydalarına uyğun olaraq eyni markalı yağların əlavə edilməsi və yenilərinin tədarük olunması) ilə bağlıdır.
Tenderdə iştirak haqqı 2 000 manatdır.
Satınalan təşkilatın ünvanı: AZ 1005, Bakı, Akademik Ə.Əlizadə küçəsi, 10
İştirak haqqı: 2.000 AZN
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 16.05.2023 15:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 24.05.2023 15:00
Zərflərin açılış tarixi və vaxtı: 25.05.2023 15:00
Əlaqələndirici şəxs: AZAD MƏMMƏDOV
Əlaqələndirici şəxsin nömrəsi: (012) 5982696, 4900927, azad.mammadov@azerenerji.gov.az
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər
- İddiaçının tam adı hüquqi statusu,nizamnaməsi qeydiyatdan keçdiyi ölkə və rekvizitlər
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi
- Tender təklifi (zərflərin açıldığı gündən qüvvədə olma müddəti) 50 bank günü
- Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində təminatın qüvvədə olma müddəti (zərflərin açılış tarixindən sonra) 80 bank günü
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
- Satınalan təşkilatın müəyyən etdiyi digər sənədlər
- - İddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində (və ya fəaliyyətə başladığı dövrdən) özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə müvafiq dövlət orqanından arayış; - İddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə müvafiq dövlət orqanından arayış; - İddiaçının mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı sənəd; - İddiaçının ən azı 3 il energetik yağların satışı üzrə təcrübəyə malik olmasına dair təsdiqedici sənədlər. Eləcə də, energetik yağların satışı üzrə müqavilələrin ümumi dəyəri 800 000 (səkkiz yüz min manat) AZN-dən yuxarı olmasına dair təsdiqedici sənədlərin (təsdiqlənmiş müqavilə, akt, qaimə, Forma 2, Forma 3) təqdim olunması. - Təklif olunan qaz-mühərrik yağları üçün material təhlükəsizliyi məlumat bazası (MSDS), texniki məlumat bazası (TDS) və uyğunluq sertifikatı tələb olunur. Bütün yağların uyğunluq sertifikatlarını təqdim etməyən İddiaçıların tender təklifləri qiymətləndirməyə alınmayacaq. Həmçinin İddiaçılar təqdim edilən bütün yağların uyğunluq sertifikatlarının mövcudluğu və orijinal olmaları barədə öhdəlik götürməli və öhdəlik sənədini imza-möhür edərək təqdim etməli; - Müvafiq sertifikatlar və lizensiyalar. Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru «Dövlət satınalmaları haqqında» Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla“16” may 2023-cü il saat 15:00-a qədər, bank təminatını və tender təklifi isə “24” may 2023-cü il saat 15:00-a Bakı şəhəri, Ə.Əlizadə küçəsi 10 ünvanına, “Azərenerji” ASC-nin Ümumi şöbəsinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların tender təklifləri “25” may 2023-cü il saat 15:00-da yuxarıda göstərilən ünvanda (onlayn qaydada) açılacaqdır. Onlayn iclasın linki əlaqələndirici şəxs tərəfindən iştirak edəcək iddiaçıların e-maillərinə müraciət əsasında göndəriləcəkdir.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.