"Azərenerji" ASC "Müxtəlif növ sərfiyyat mallarının satın alınması" ilə bağlı açıq tender elan edir.
Son bir ildə "Azərenerji" dən 10 milyon manata yaxın tender udub - DAHA BİR SİFARİŞ
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 450 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 9900000421
Satınalan təşkilatın ünvanı: AZ 1005, Bakı, Akademik Ə.Əlizadə küçəsi, 10
Müsabiqənin başlama tarixi və vaxtı: 27.03.2023 17:55
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 17.04.2023 09:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 27.04.2023 09:00
Zərflərin açılış tarixi və vaxtı: 28.04.2023 09:00
İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş Sistemi vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olaraq müvafiq ödənişi etdikdən sonra təklif göndərmək mümkün olacaqdır.
Ödəniş şərtləri - Mallar və onun təhvil verilməsini təsdiq edən sənədlər (qaimə, elektron qaimə, hesab-faktura) qəbul edildikdən sonrakı 15 (on beş) bank günü ərzində
Çatdırılma yeri - Sifarişə uyğun olaraq “Azərenerji” ASC-nin Respublika ərazisi üzrə yerləşən müxtəlif MMC-lərin mərkəzi anbarları
Çatdırılma şərtləri - DDP
Çatdırılma müddəti - Sifariş edilən vaxtdan ən gec 5 gün müddətinə çatdırılmalıdır.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) -Azad Məmmədov,
Baş mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: (012) 598-26-96, 490-09-27;