"Azəralüminium" MMC iki tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, "125 ton KA markalı (alüminium sənayesi üçün) QOST: 10561-63 Sintetik kriolitin satın alınması" adlı tenderin qalibi “Henan Province Non-Ferrous Metal İndustry” Co. Ltd (VÖEN: 258546) olub.
Qalib şirkətlə 221 000 manat məbləğində müqavilə imzalanıb.
""60 TON KALSİLƏŞDİRİLMİŞ SODANIN (MARKA-B (yüngül); DÜİST 5100-85; KİMYƏVİ FORMULU : NA2CO3) tenderinin qalibi "Azchem" MMC (VÖEN: 2900321111) olub.
Bu şirkətlə isə 50 622 manat dəyərində müqavilə imzalanıb.
İki tenderin birlikdə dəyəri 271 622 manatdır