"Azəralüminium" MMC “300 cüt ikiqat nitril altlıqlı odadavamlı metallurq çəkməsinin satın alınması” üzrə kotirovka sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır. Müsabiqə dekabr ayının 15-də başlayıb. Təkliflər dekabrın 29-dək təqdim edilməlidir. Zərflər dekabr ayının 30-da açılacaq.
Satınalan təşkilatın VÖEN-i: 1305481501
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri , Yasamal r-nu, İzmir küç. 14, ASK VILLA , AZ1065 .
ÇATDIRILMA YERİ
Malların təhvil verilməsi: Gəncə şəhəri, Yevlax şosesi 53., “Azəralüminium” MMC-nin istehsalat sahəsində qəbul olunacaq.
ÇATDIRILMA MÜDDƏTİ
Satınalma müqaviləsi imzalandıqdan sonra, qalib şirkət malları 30 təqvim günü ərzində tam həcmdə çatdırmalıdır.
ÖDƏNİŞ ŞƏRTLƏRİ
İcraçı tərəfindən təhvil verdiyi mallarda/xidmətlərdə, işlərdə nöqsanlar olmadığı halda təhvil-təslim aktı imzaladıqdan sonra podratçının təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında 15 (on beş) bank günündən gec olmamaq şərti ilə nağdsız hesablaşma yolu ilə ödəniş aparılacaqdır.
Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN
Qeyd: Çoxfunksiyalı xüsusiyyətlərə malik metallurq çəkmələri antistatik xüsusiyyətlərə, izolyasiyaya, yağ müqavimətinə malik və yüksək temperatura dayanıqlı olmalıdır. Təhlükəsiz sinfi: S3; Standart: QOST 12.4.032-95 və ya anoloji digər standart; Üst material: Odadavamlı gön dəri (1.9-2.1mm); Alt material: Müxtəlif sıxlıqlı nitril materialdan iki qat, su keçirməyən, sürüşmə əleyhinə, şok əleyhinə, 300 dərəcəyədək temperatura davamlı; Ayaq ucunun qoruyucusu: Qoruyucu polad çəkmə burnu; Elektrik həssaslığı: antistatik; Elektrik izolyasiyasının sınaq gərginliyi: 6 kV, vaxt 1 dəqiqə, sızma cərəyanı ≤1,8 mA olmalıdır. Yüksək temperatur müqaviməti: Test temperaturu (300 ±5) ℃-dir. Bu temperaturda 30 dəqiqədən sonra ayaqqabı altlığının üst səthindəki temperatur 22℃-dən çox qalmamalıdır Təzyiq müqaviməti: (15±0,1) kN təzyiqdə qoruyucu barmağın daxili təhlükəsizlik boşluğu ≥14mm (255#) təşkil edilməlidir. Deşilmədən qorunma: Ayağın qoruyucu barmağını əzilməsini yoxlamaq üçün tələb olunan qüvvə ən azı 1100N olmalıdır. Şaxtaya davamlılıq: sınaq temperaturu (-17±2) °C-dir, ayaqqabıları bu şəraitdə 30 dəqiqə saxladıqdan sonra ayaqqabı altlığının üst səthinin temperaturu 10 °C-dən çox aşağı düşməməlidir. Antistatik xüsusiyyətlərə malik metallur çəkməçələr bütün xüsusiyyətlərə görə, bu məhsul sertifikatlaşdırma və sınaq fəaliyyəti ilə məşğul olan müvafiq dövlət qurumu tərəfindən sınaqdan keçmiş və standartlara cavab verməlidir.