"Azəralüminium" MMC daşıma xidməti ilə bağlı tenderinə yekun vurub.
FED.az xəbər verir ki, qalib "SoyuzKontakt Trans" MMC (VÖEN: 1500152141) olub.
Şirkətlə 762 307 manat məbləğində müqavilə imzalanıb.
Müqavilədə 9000 ton anod bloklarının 20 futluq konteynerlərdə Gürcüstanın Poti dəniz limanında (CİF təslim şərti) Gəncə istehsal kompleksinə daşımasının satın alınması nəzərdə tutulur.
Qeyd edək ki, "SoyuzKontakt Trans" MMC daha öncə də "Azəralüminium"dan 15 708 000 dəyərində tender müqaviləsi imzalayıb. Həmin müqavilədə İki il ərzində 220 000 ton gil-torpağın Poti portunnan hopper tipli vaqonlarla Azəraluminium MMC nin anbarına kimi daşınması xidməti nəzərdə tutulurdu (14.01.2021).