"İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi Hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı çərçivəsində 2026-cı il üçün dərman vasitələrinin satın alınması ilə bağlı keçirdiyi tenderin nəticəsini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi "Avromed Company" QSC (VÖEN: 1500166751) seçilib.
Qalib şirkətlə 16 935 454 manat məbləğində müqavilə imzalanıb. Qeyd edək ki, tenderin ehtimal olunan qiyməti 16 993 711 manat təşkil edirdi.
Məlumat üçün bildirək ki, "AVROMED COMPANY" QSC bundan əvvəl "Respublika Qan Bankı" PHŞ-in qan və qan komponentlərinin donorluğuna dair reaktiv və reagentlərin satın alınması ilə bağlı 18 dekabr 2025-ci il tarixində keçirdiyi 1 707 822 manatlıq tenderin də qalibi olub.
Qeyd edək ki, “Avromed Company” QSC 20 dekabr 2001-ci ildə yaradılıb, nizamnamə kapitalı 57 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Kamran İskəndərov İnqilab oğludur. Hüquqi ünvanı AZ1010, Bakı Şəhəri Nəsimi rayonu, Neftçilər pr., ev 153 ünvanında yerləşir.












