"Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" Publik Hüquqi Şəxsi tərəfindən "Arpaçay sağ sahil" və "Arpaçay sol sahil" magistral kanallarının yenidən qurulmasının həyata keçirilməsi ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Hovers Group" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müqavilənin ümumi dəyəri 46 milyon 357 min 996 manat 52 qəpik təşkil edir. Ehtimal olunan qiymət isə 58 milyon 796 min 796 manat 92 qəpik idi.
Qeyd edək ki, "Hovers Group" MMC cəmi bir neçə gün əvvəl (10.12.2025) həmin qurumun daha bir tenderinin qalibi olub. Şirkət Sədərək rayonunun Heydərabad qəsəbəsi, Sədərək və Qaraağac kəndlərinin su təchizatı və kanalizasiya sistemləri üzrə yarım qalmış işlərin icrası layihəsini qazanıb. Həmin müqavilənin dəyəri 7 milyon 598 min 114 manat 89 qəpik təşkil edib.











