"Aqrarkredit" QSC BOKT açıq tender elan edir.
FED.az xəbər verir ki. tenderdə "Aqrarkredit" QSC BOKT-nın Salyan filialında cari təmir işlərinin satınalınması üzrə nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 250 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1300025711
Satınalan təşkilatın ünvanı: Qədirli 125
Müsabiqənin başlama tarixi və vaxtı: 05.06.2023 12:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 25.06.2023 12:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 10.07.2023 12:00
Zərflərin açılış tarixi və vaxtı: 11.07.2023 12:00
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması
İxtisas göstəriciləri:
iddiaçının baş podratçı kimi analoji işlər üzrə bağlanmış müqavilənin təsdiq olunmuş surətini təqdim etməlidir (oxşar işlərə (bank və ya bank olmayan kredit təşkilatlarının ofis və inzibati binalarda təmir tikinti işləri) dair son 1 (bir) ildə bağlanmış müqavilələrin surətləri
oxşar işlər (bank və ya bank olmayan kredit təşkilatlarının ofis və inzibati binalarda təmir tikinti işləri) üzrə iş təcrübəsini təsdiq etmək üçün belə işlərin həyata keçirildiyi müəssisə və təşkilatdan tövsiyə məktubları
iddiaçının maddi texniki bazası (sifarişi yerinə yetirilməsi imkanı) haqqında məlumat (ƏŞTnin ƏLAVƏ 1-nə uyğun)
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Kamal Piriyev, Maliyyə departamentinin direktoru
Email: [email protected]
Əlaqə telefonu: 050 679 57 11