"Aqrarkredit" QSC BOKT 31 dekabr 2023-cü il tarixinə başa çatan il üzrə BMHS-ya uyğun konsalidə olunmuş maliyyə hesablarının auditinin aparılması xidmətlərinin satınalınması ilə bağlı kotirovka sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1300025711
Satınalan təşkilatın ünvanı: Qədirli 125
Müsabiqənin başlama tarixi və vaxtı: 23.10.2023 15:35
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 06.11.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 07.11.2023 11:00
Ödəniş şərtləri - Satınalma müqaviləsi üzrə ödəmələr “Sifarişçi” tərəfindən kotirovkanın əsas şərtlər toplusunda müəyyənləşdirilmiş qaydada və məbləğdə, “İcraçı”nın təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, ən geci 15 (on beş) bank günündən gec olmamaq şərti ilə aparılır
Çatdırılma yeri - “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı
Çatdırılma şərtləri - DDP
Çatdırılma müddəti - Xidmətlər 2024-cü ilin mart ayının sonunadək sifarişə uyğun olaraq təhvil verilməlidir
Tender təklifi
Qiymət təklifi:
Qiymət kotirovkasının təsviri
Qiymət kotirovkasının qüvvədə olma müddəti
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Malgöndərənin Nizamnaməsi (əgər dəyişiklik olmuşdursa dəyişikliklə birlikdə)
Malgöndərənin Dövlət reyesterindən çıxarışı (əgər dəyişiklik olmuşdursa dəyişikliklə birlikdə)
Vergi qeydiyyatı barədə şahadətnaməsi (VÖEN)
Malgöndərənin rekvizitləri
Malgöndərənin son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Malgöndərənin son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı
Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olmasını təsdiq edən sənəd
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış
Mikro, kiçik, və ya orta sahibkarlıq subyekti olmasını təsdiq edən sənəd
Ödəmə qabiliyyəti olan, müflisləşməmiş, qanunvericiliklə əmlakı üzərində məhkəmə nəzarəti qoyulmayan işləri hər hansı bir məhkəmənin və ya məhkəmə tərəfindən təyin edilmiş şəхsin sərəncamı ilə idarə edilməyən kommersiya fəaliyyəti dayandırılmayan və ya ləğv edilmə vəziyyətində olmayan hüquqi və fiziki şəхs olmalıdır
İşçi heyətində çalışan beynəlxalq audit və mühasibat standartları üzrə akkreditasiyası (ACCA, CPA və s.) olan ən azı 3 əməkdaşın olması
İddiaçıların son 5 il ərzində Azərbaycanda aktivləri 3 milyard manatdan çox olan dövlət müəssisələrində MHBS əsasında rəy verilmiş maliyyə hesabatları üzrə sənədi təqdim etməlidir
Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 358/1 nömrəli 09.08.2023-cü tarixli qərarına əsasən Auditorların reytin cədvəlində (https://www.audit.gov.az/Az/page/1326) yekun reytinq balının 5000-dən yuxarı olmasını əks etdirən məlumatlar təqdim olunmalıdır
Beynəlxalq səviyyədə tanınmış və reytinq cədvəlində böyük 10-luqda yer alan audit qrupuna üzv olmalıdır
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - KAMAL PİRİYEV, MALİYYƏ DEPARTAMENTİNİN DİREKTORU
Email: [email protected]
Əlaqə telefonu: 050 679 57 11
"Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti bank olmayan Kredit Təşkilatının (bundan sonra "Aqrarkredit" QSC) 31 dekabr 2023 - cü tamamlama il üzrə konsalidə olunmuş maliyyə hesabatlarının BMHS-ə uyğun auditin aparılmasına dair. Auditin aparılması üç mərhələ ilə həyata keçirilirməlidir: Mərhələ 1 - İlkin müzakirələr və təhlillər, sistemlərin dəqiqləşdirilməsi, "Aqrarkredit" QSC üzrə keçirilən əməliyyatlara təsir göstərən səciyyəvi faktlar və biznes risklərinin yenidən qiymətləndirilməsi ("Planlaşdırma mərhələsi") Mərhələ 2 - "Aqrarkredit" QSC-nin əməliyyatların və balansının hərtərəfli yoxlanması, təhlili, hesabların Azərbaycan Respublikası Mərkəzi Bankının qayda və təlimatlarna uyğunluğu, "Aqrarkredit" QSC-nin tərəfindən müəyyən edilmiş məqsədlərə nail olmaq üçün görüləsi tədbirlərin həyata keçirilməsi baxımından fəaliyyətlərinin təhlili. Mərhələ 3 - Auditin nəticələrinin və "Aqrarkredit" QSC-nin maliyyə müzakirəsi və təqdım olunması ("Tamamlama mərhələsi") Audit keçirildiyi zaman aşağıdakı məsələlərə baxılmalıdır: Hesabatlarının "Aqrarkredit" QSC-nin 31 dekabr 2023 -cü il tarixə konsalidə olunmuş maliyyə hesabatının (balans) və gəlir və xərclərinin auditi, maliyyə hesabları və balans göstəricilərinin mühasibat uçotuna uyğunluğunun və düzgünlüyünün təsdiqi; əməliyyatlar üzrə daha mükəmməl daxili nəzarətin tətbiqi üçün təklifin verilməsi; aktivlərin və öhdəliklərin təhlili, onların idarə olunmasının yaxşılaşdırılması və risklərin azaldılması üçün tövsiyyələrin verilməsi; "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570№-li Fərmanının icrası ilə əlaqədar "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququnun "Aqrarkredit" QSC-yə güzəşt edilməsi, aktivlərin dəyərinin emissiya edilmiş qiymətli kağızların yerləşdiriməsi hesabına alınması, onun uçotu və idarəedilməsi nəticəsində "Aqrarkredit" QSC-nin strukturu, aktivləri, likvidliyi, öhdəlikəri və xərdlərində baş vermiş dəyişikliklər və onların ilin sonuna vəziyyəti; "Aqrarkredit" QSC-nin təsisçiliyi ilə yaradılmış törəmə müəssisələrin "Bank Aktivlərinin İdarəedilməsi Agentliyi" MMC-nin, "Aqrarkredit Asset Management Russia" MMC-nin və "Aqrarkredit Asset Management Kazakhstan" MMY-nin maliyyə fəaliyyətlərinin yekunları; maliyyə hesabatları üzrə xalis gəlirin beynəlxalq mühasibat standartlarna uyğun hazırlanmış maliyyə hesabatlar üzrə xalis gəlirlə tutuşdurulması (göstəricilər Azərbaycan Respublikasının milli valyutası ilə manatla olmalıdır); İdarə Heyətinə hazırlanan hesabatda "Aqrarkredit" QSC-nin maliyyə vəziyyətinin və maliyyə nəticələrinin beynəlxalq mühasibat standartlarına uyğun düzgün əks etdirilməsini göstərmək: mühasibat uçotu prosedurlarının və nəzarət-təftiş sisteminin qiymətləndirilməsi; "Aqrarkredit" QSC tərəfindən verilmiş kreditlər üzrə portfelinin ətraflı təhlili və qiymətləndirilməsi; kreditlərlə əlaqəli faiz gəlirləri; depozitlərlə əlaqəli faiz gəlirləri,balansdan kənar öhdəliklər və zəmanətlər; əməliyyat xərcləri. 31 dekabr 2023-cü il vəziyyətinə seçmə üsulu ilə, kreditlərin bir hissəsinin nəzərdən keçirilməsi. Nəzərdən keçirilən hər kredit üzrə kreditin tarixi, borcalanın qaytarılma qabiliyyəti, borcalanın maliyyə vəziyyətinin təhlil. Bu zaman aşağıdakılara nəzər yetirilməlidir - kredit sənədlərinin münasibliyinin qiymətləndirilməsi; - kreditin təsnifatının münasibliyinin yoxlanması; kreditin gaytarma proseduralarnın təhlili; audit aparılarkən, ortaya çıxan problemləri Kredit Təşkilatının rəhbərliyi ilə keçirilən görüşlər zamanı müzakirə etmək; auditin sonunda audit hesabatı hazırlanmalıdır. Hesabat Azərbaycan və İngilis dillərində tərtib edilir. Həmin hesabatda balans göstəricilərinin düzgünlüyü, eləcə də maliyyə hesabatlarnın düzgün əks etdirilməsi, hesabatda həmçinin auditorların rəyi və Beynəlxalq mühasibat sistemi əsasında hazırlanmış maliyyə hesabatları və açıqlamalar öz əksini tapmalıdır; -auditin nəticəsi və hesabatı Kredit Təşkilatının rəhbərliyi ilə müzakirə edilməlidir; auditin aparılması müddəti yanvar-fevral 2024-cü il, hesabatın təqdim edilməsi həmin ilin mart ayı.