AFB Bank "Office 365 Business Basic və Microsoft Defender Plan1 lisenziyalarının uzadılması" üzrə tender elan edir.
Tenderin elan tarixi: 15.02.2023
Tenderin son tarixi : 24.02.2023
Satın alınacaq məhsul:
Exchange Online (Plan 2) - 1 ədəd
Microsoft 365 Business Basic - 270 ədəd
Microsoft Defender for Office 365 (Plan 1) - 270 ədəd
Tenderdə iştirak etmək istəyən şirkətlərin xidmət göstərən sahə üzrə ən azı 3 (üç) il iş fəaliyyəti olması tələb olunur.
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
- tender təklifi 31.03.2023 tarixinə kimi qüvvədə olmalıdır;
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- Optimal qiymət təklifi;
- Texniki göstəricilərə uyğunluq;
- Sənədləşmənin tələb olunan qaydada təşkili;
Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır.Təklifdə ödəniş şərtləri ,çatdırılma müddəti və vergi şərtləri qeyd edilməlidir. Təkliflər 24.02.2023-tarixində saat 16:00-a kimi imzalanmış və möhürlənmiş halda qapalı zərfdə poçt vasitəsilə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466 ) ünvanına Vüsal Mehdiyev adına göndərilməlidir.Yaranacaq suallarla bağlı e-mail vasitəsi ilə ( [email protected] ) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66 ) ilə əlaqə saxlaya bilərsiniz.