"Azəralüminium" daşıma xidməti ilə bağlı növbəti tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, "1. Poti - Gəncə marşrutu üzrə 20 futluq konteynerlərdə bişirilmiş anod blokları yükünün 1150 konteynerdə, mal-metirialların 100 konteynerdə və 40 futluq konteynerlərdə mal-materialın 50 konteynerdə dəmir yolu ilə daşımasının xidmətin satınalması ( 12 aylıq həcm ) dair." tenderinin qalibi "ADY Konteyner" MMC seçilib.
Qalib şirkətə 2 739 550 manat ödəniləcək.
Qeyd edək ki, "ADY Konteyner" MMC daha öncə də həmin qurumdan 856 800 manat dəyərindəki "360 konteynerdə Gəncə - İstanbul marşrutu üzrə (qapıya təhvil şərti) dəmir yolu ilə 9900 ton ilkin alüminium külçələr yükünün daşımasının satın alınmasına dair" tenderinin qalibi seçilib (03.02.2032).
Şirkət "Azəralüminium"un ümumilikdə 4 tenderinin qalibi seçilib.