Qubadlı Rayon İcra Hakimiyyəti “"Abadlaşdırma xidməti işləri”nin satınalınması” tenderinin nəticələrini elan edib.
Qubadlıda yaşayış evlərinin tikintisi ilə bağlı - TENDER ELAN EDİLDİ
FED.az xəbər verir ki, tenderin qalibi “Proqress İnşaat En” MMC olub.
Şirkətlə 156 204 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən 461 m(3) qum-çınqıl qatının hazırlanması, 9 220 m(2) 4 sm qalınlığında iri dənələr asfalt beton qatının düzəldilməsi, 447 pagon metr beton özüllü beton bort daşlarının düzülməsi və 9 220 m(2) 3 sm qalınlığında xırda dənələr asfalt beton qatının düzəldilməsi işləri satın alınacaq.