Vətəndaşlara Xidmət Və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyi "Quba regional “ASAN xidmət” mərkəzində 2023-cü il üçün təmizlik xidmətlərinin satınalınması" tenderinə yekun vurub.
- Qəbələdəki "Asan Xidmət" üçün təmizlik xidmətlərinə 153 min manat xərclənəcək
- “Təmizkom” MMC, "Mint Services", “Parlak Məkan” - Azərbaycanda təmzilk tenderlərini kim udur - ŞİRKƏTLƏR, SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki. tenderin qalibi "Təmizkom" MMC seçilib.
Tender müqaviləsinin dəyəri 141 458 manatdır.
Qeyd edək ki, şirkət bundan əvvəl İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi ilə 9 454 manat dəyərindəki “Fasad şüşələrinin yuyulması və kovrolitin təmizlənməsi" müqavilə imzalayıb. (20.12.2022).
Qeyd edək ki, "Təmizkom" MMC 22.05.2015-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır. Qanuni təmsilçisi İlqar Musayev Musa oğludur.
Hüquqi ünvanı Az1110 Bakı şəhəri, Nərimanov rayonu, Akademik Həsən Əliyev küç ev 98a-da yerləşir.