Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi məktəb tikintisi ilə bağlı növbəti tenderə yekun vurub
FED.az xəbər verir ki, tenderin qalibi “Progress-Construction Group” MMC olub.
Qalib şirkətə 3 326 561 manat ödəniləcək.
Qeyd edək ki, tenderdə Qusar rayonu, Kuzunqışlaq kənd 220 şagird yerlik tam orta məktəbin tikintisi işlərinin satınalınması nəzərdə tutulur.