FED.az xəbər verir ki, Qobustan Qış Otlaqlarının Su Təminatı Sistemləri İstismarı İdarəsi, 2018-ci ilin ikinci yarısı üçün AÇIQ TENDER ELAN EDİR .
Lot-1. Cari təmir işlərinin yerinə yetirilməsi üçün tikinti materiallarının, müxtəlif diametrli metal, azbest-sement və plastik boruların satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: -aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər 50 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Binəqədi-Xırdalan şosesi, 3 nömrəli ünvanda yerləşən Qobustan Qış Otlaqlarının Su Təminatı Sistemləri İstismarı İdarəsindən (əlaqələndirici şəxs: F.Gözəlov, telefon:
012-341-95-95) ala bilərlər.
Təşkilat: Qobustan Qış Otlaqlarının Su Təminatı Sistemləri İstismarı İdarəsi
VÖEN: 3100188551
H/h: AZ 88 CTRE 00000000000002356801
DXA
VÖEN: 3100188551
Kod:210005
Təsnifat kodu:142340
Fond 7
M/h: AZ 41 NABZ 01360100000000003944
S.W.İ.F.T. CTRE AZ 22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 1 avqust 2018-ci il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 8 avqust 2018-ci il saat 18.00-a qədər Bakı şəhəri, Binəqədi-Xırdalan şosesi, 3 nömrəli ünvanda yerləşən Qobustan Qış Otlaqlarının Su Təminatı Sistemləri İstismarı İdarəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 9 avqust 2018-ci il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası
Qobustan Su Təminatı İdarəsi- TENDER ELANI
11:41
12 İyul 2018