Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs qida təhlükəsizliyi üzrə dövri jurnalın və konsaltinq kataloqunun nəşri xidmətlərinin satın alınması üçün kotirovka sorğusu elan edir.
Sosial Xidmətlər Agentliyi tenderin qalibini - AÇIQLADI
FED.az xəbər verir ki, iddiaçılar kotirovka sorğusunda iştirak üçün aşağıdakı sənədləri (rəsmi blanklarda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:
- qiymət kotirovkası (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının mikro, kiçik və ya orta sahibkarlıq subyekti olması barədə müvafiq sənəd;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- son 2 ildə analoji xidmətlərin göstərilməsi sahəsində uğurla yerinə yetirilmiş və ya davam edən müqavilələrin sayı 1 və daha çox olmalıdır.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki sənədlər Azərbaycan dilinə tərcümə edilməlidir). Kotirovka sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
QEYD- satınalma müqaviləsinin icrası üçün qalib təşkilatdan müqavilə məbləğinin 2 (iki) faizi həcmində icra təminatı tələb olunacaqdır.
Malların (işlərin və xidmətlərin) qiymət kotirovkaları qapalı zərfdə, imzalanıb möhürlənmiş Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin (Bakı,S.S.Axundov küçəsi 73C. Tel- (+994 12) 377 00 20 daxili.524, məsul şəxs- satınalma və təchizat departamentinin mütəxəssisi Samirə Məmmədovaya) 1 oktyabr 2021-ci il saat 15.00-a qədər təqdim olunmalıdır.