Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ümumi dəyəri 3 milyon 617 min 126 manat olan 3 tenderə yekun vurub.
Ekologiya Və Təbii Sərvətlər Nazirliyi kotirovka sorğusu - ELAN EDİR
FED.az xəbər verir ki, bunlar laborator ləvazimatların satın alınması(1), laborator dəstlərin və standartların satın alınması(2) və laboratoriyalar üçün reaktivlərin satın alınması tenderləri olmuşdur.
Tenderlərin ikisinin qalibi "AVAZ GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur və qalib şirkətə 2 milyon 678 min manat ödəniləcək. Digər qalib şirkət isə "SEM-AZ" Məhdud Məsuliyyətli Cəmiyyətidir və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu şirkətə 939 min 107 manat ödəyəcək.