Qida Təhlükəsizliyi Agentliyi “AQTA-da istifadə edilən GPS və mobil qurğuların internet paketləri ilə təmin edilməsi xidmətləri”nin satın alınması” ilə bağlı tender elan edir
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 150 manatdır. Müsabiqə fevral ayının 17-də başlayıb.Tələb olunan sənədlər martın 13-dək, təkliflər isə martın 28-dək təqdim edilməlidir. Zərflər mart ayının 29-da açılacaq.
Satınalan təşkilatın VÖEN-i: 1404055601
Satınalan təşkilatın ünvanı: Heydər Əliyev prospekti 185B
Çatdırılma yeri: Bakı şəhəri, Heydər Əliyev prospekti 185B
Çatdırılma müddəti: Müqavilə bağlanıldığı andan etibarən 10 iş günü.
GSM paket xidmətləri - Mobil qurğuların mobil nömrə ilə və 12 ay müddətində 30 GB internet paketi ilə təmin olunması - 210 ədəd
GPS xidmətləri - GPS qurğularına 12 aylıq dəstək xidmətlərinin göstərilməsi - 50 ədəd