Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi maşın və avadanlıqların satın alınması üçün açıq tender elan edir.
Mərkəzi Bank tender - ELAN EDİR
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.
İştirak haqqı 300 (üç yüz) manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
• Tenderdə iştirak haqqı elektron portalda “ASAN ÖDƏNİŞ” vasitəsilə həyata keçirilir.
Satınalan təşkilatın bank rekvizitləri:
VÖEN - 1404055601
H/h - AZ58CTRE00000000000008408201
Dövlət Xəzinədarlığı Agentliyi
VÖEN - 1401555071
Kod -210005
M/h - AZ41NABZ01360100000000003944
S.W.I.F.T- CTREAZ22
Büdcə təsnifatının kodu – 142330
Büdcə səviyyəsinin kodu – 7
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 40 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğuna aid məlumat (əsas şərtlər toplusunun “malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğu barədə məlumat forması”na uyğun olaraq potensial imkanları haqqında məlumatlar (anbarı, işçi sayı, istehsal sahəsi, obyekti, fəaliyyət sahəsi, bağladığı müqavilələr və s.);
- mikro, kiçik və orta sahibkarlıq meyarlarından birinə aid olması barədə Dövlət Statistika Komitəsindən alınmış arayış;
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış;
- şərtlər toplusunda adları xüsusilə qeyd edilən (işarələnmiş) mallar və məhsullar üzrə “İstehsalçının rəsmi zəmanəti” (M.A.F.) sənədinin təqdim edilməsi.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 28 iyul 2021-ci il saat 12.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 5 avqust 2021-ci il saat 12.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 6 avqust 2021-ci il saat 12.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsi ilə tanış ola bilərlər.
QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.