Qida Təhlükəsizliyi Agentliyi yeni inzibati binaya köçür.
Eləcə də bax: Neft Fondunun qonaqları "Mercedes"lərlə daşınacaq - TENDER
FED.az xəbər verir ki, agentlik yeni binaya köçməklə əlaqədar daşıma xidmətlərinin satın alınması məqsədilə kotirovka sorğusu həyata keçirir.
Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər AZ 1029, Azərbaycan, Bakı, Heydər Əliyev prospekti 152, Çinar Plaza, 32-ci mərtəbədə Qida Təhlükəsizliyi Agentliyinə, 26 fevral 2020-ci il saat 17.00-a qədər təqdim olunmalıdır.
Zərflərin açılışı 27 fevral 2020-ci il saat 15.00-da həyata keçiriləcəkdir.
Maraqlanan təşkilatlar (+994 12) 565 – 12 - 72 (daxili 199) nömrəli telefonla əlaqə saxlaya bilərlər.