Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası kotirovka sorğusu həyata keçirir.
FED.az xəbər verir ki, sorğu 2016 və 2017-ci illər üzrə Şura Katibliyinin maliyyə hesabatlarının auditi və məsləhət xidmətinin satın alınması məqsədilə keçirilir.
Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 17 may 2019-cu il saat 15.00-dək qəbul olunur.
Maraqlanan təşkilatlar (012) 493-17-80 nömrəli telefonla əlaqə saxlaya bilərlər. Ünvan – Bakı şəhəri, F.Əmirov küçəsi 1.
Eləcə də bax: Azərbaycanda çoxmilyonluq tenderin - nəticəsi açıqlandı – QALİBLƏR, MƏBLƏĞLƏR