Qazax Rayonu İcra Hakimiyyəti Başçısının Qazax Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Qazax şəhərində abadlıq işləri nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 600 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 4200092981
Satınalan təşkilatın ünvanı: Qazax şəhəri Azadlıq küç 99
Müsabiqənin başlama tarixi və vaxtı: 04.07.2023 15:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 24.07.2023 15:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 01.08.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 02.08.2023 15:00
Çatdırılma yeri - Qazax şəhəri
Çatdırılma müddəti - 01.12.2023
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış.
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış.
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;(Məhkuluq arayışı)
İddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd;
İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə;
İddiaçının bank rekvizitləri
Malgöndərənin (podratçının) Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
İxtisas göstəriciləri:
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması.
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması;
İşin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə məlumatlar (subpodratçı cəlb edəcəyi təqdirdə)
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması;
Malgöndərənin texniki imkanları (tikinti ləvazimatları və texnikaları)
Tenderin predmeti üzrə şirkətin zəruri əməkdaşların mövcudluğu (təcrübəli mütəxəssisləri)
İşin adına uyğun olan beynəlxalq səviyyəli sertifikartı
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) -Raqif Xasməmmədov, Baş mühasib
Email: xraqif@mail/ru
Əlaqə telefonu: 0222951602