Qax Rayon İcra Hakimiyyəti (VÖEN – 4300015071) Qax şəhərində infrastrukturun yenilənməsi və yaşayış binalarının təmiri məqsədilə iki açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, elan edilən müsabiqələrin ümumi ehtimal olunan qiyməti 898 201 manat təşkil edir. Tenderlərin detalları aşağıdakı kimidir:
Küçələrdə yol və səkilərin əsaslı təmir işləri: Ehtimal olunan qiymət 771 794 manatdır. Təkliflərin son təqdim olunma vaxtı 20 aprel 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək. İştirak haqqı 450 manat təşkil edir.
Kommunal yaşayış binalarında təmir işləri: Heydər Əliyev prospekti 17, 17A və Ş. Rustaveli küçəsi 14 ünvanlarında yerləşən binaların təmiri nəzərdə tutulur. Bu müsabiqənin ehtimal olunan qiyməti 126 407 manatdır. Təkliflərin son təqdim olunma vaxtı 17 aprel 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək. İştirak haqqı 250 manat müəyyən edilib.
Hər iki müsabiqə üzrə istifadə haqqı 25 manat, tələb olunan iddiaçıların sayı isə 3 müəyyən edilib.
Əlaqələndirici şəxs: Tağıyev Elbrus - Qax Rayon İcra Hakimiyyəti başçısının I müavini
+994 55 645 85 49
İddiaçılar təkliflərini müvafiq tarixlərə qədər Qax şəhəri, Azərbaycan prospekti 32 ünvanına təqdim edə bilərlər.












