FED.az xəbər verir ki, Qax Rayon İcra Hakimiyyətinin Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi, şəhərin M.Hüseynzadə, H.Cavid, X.Natəvan, S.Ə.Şirvani, A.Bakıxanov, A.Məmmədov küçələrində və M.Müşfiq küçəsi döngə 1-də görüləcək abadlıq işlərinin satınalınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR
Tender 1 lot üzrə keçirilir.
Tenderdə iştirak haqqı 150 manatdır.
Tender iştirakçılarına “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq öz tender təkliflərini möhürlənmiş və imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etmək təklif olunur.
Tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Təkliflərin qiymətləndirilməsi aşağıda qeyd olunan meyarlara əsaslanacaqdır:
- aşağı qiymət, yüksək keyfiyyət, analoji işlərin görülməsində təcrübə və maliyyə vəziyyəti.
Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Qax şəhəri, Azərbaycan prospekti 26 nömrəli ünvandan ala bilərlər (əlaqələndirici şəxs - Vaqifzadə Nicat Bəhruz oğlundan , telefon - 024-25-5-24-70).
Təşkilat: Qax RİHB-in Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi
Qax YXO
Hh: AZ 20 AİİB 32051019447100201171
VÖEN: 4300088051
Bank: “Kapital Bank” ASC-nin Qax filialı
Kod: 200714
VÖEN: 9900003611
M h: AZ 37 NABZ 01350100000000001944
SWİFT BİK AİİBZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin məbləğinin 1 faizi həcmində bank zəmanəti (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatı.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 27 avqust 2018-ci il saat 17.00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 4 sentyabr 2018-ci il saat 18.00-dək Qax şəhəri, Azərbaycan prospekti 26 nömrəli ünvanda Qax RİHB-in Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 5 sentyabr 2018-ci il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Qax İcra Hakimiyyəti abadlıq işləri alır – TENDER
10:04
3 Avq 2018