“Azərişıq” ASC 35 kV-luq yarımstansiyanın tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işləri ilə bağlı 2 tenderə yekun vurub.
Şuşada 3 kəndin elektrik təchizatı 2 milyona - BAŞA GƏLƏCƏK
FED.az xəbər verir ki, hər 2 tenderi “Smart Energy Services” MMC udub.
Belə ki, qalib şirkətlə “Azərişıq” ASC arasında “Şuşa rayonu, Malıbəyli yaşayış məntəqəsi ərazisində yeni 35 kV-luq "Malıbəyli" yarımstansiyanın tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərinin satın alınması” tenderi üzrə 3 426 552 manat dəyərində, “Xocalı rayonu, Sığnaq yaşayış məntəqəsi ərazisində yeni 35 kV-luq yarımstansiyanın tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərinin satın alınması” tenderi üzrə isə 3 719 117 manat dəyərində müqavilə imzalanıb.
Ümumilikdə şirkət “Azərişıq” ASC-dən 7 145 669 manat dəyərində sifariş qəbul edib.
Qeyd edək ki, “Smart Energy Services” MMC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Anar Tinayev Nemət oğludur. Hüquqi ünvanı AZ1054, Bakı şəhəri Binəqədi rayonu, Həsrət Ağamalıyev (Rəsulzadə qəs.), ev 10, m. 25 ünvanında yerləşir.