“Əsaslı Tikinti və Təchizat” MMC bu dəfə tədbirlərin təşkili üçün iki ayrı satınalma müqaviləsi imzalayıb.
BOKT maliyyə hesabatlarının hazırlanmasını bu şirkətə - HƏVALƏ ETDİ
FED.az xəbər verir ki, birinci müqavilə “Zəfər” Musiqi və Teatr Festivalının 2025-ci ilin noyabr ayında təşkili xidmətlərini əhatə edir. Bu layihənin icrası üçün “Paşa Travel” MMC ilə 273 031 AZN məbləğində müqavilə imzalanıb.
Digər müqavilə isə Zəngilan, Qubadlı, Şuşa, Ağdam və Kəlbəcər şəhər günlərinin təşkili xidmətlərinə aiddir. Bu tədbirlərin təşkili üçün eyni şirkətlə “Paşa Travel” MMC ilə 338 700 AZN dəyərində müqavilə bağlanıb.
Beləliklə “Paşa Travel” MMC iki tenderdən 611 731 manat dəyərində sifariş alıb.
Qeyd edək ki, “Paşa Travel” MMC 2004-cü ildə təsis olunub, nizamnamə kapitalı 250 min 50 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Bəhruz Əsgərov Fikrət oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 151-də yerləşir.


 
            
 
                            
                            
                        

 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








