“Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyəti Azərbaycanda bərpa olunan enerji sahəsində yeni layihələrə başlayır.
Dövlət qurumu 5,5 milyon manata nə alır? - TENDER ELANI
FED.az xəbər verir ki, qurum Kəlbəcər və ətraf bölgələrdə günəş elektrik stansiyalarının (KSES) inşası üçün ümumi dəyəri 92.125.358,12 AZN olan iki böyük tender elan edib. Hər iki tenderin məqsədi bərpa olunan enerji istehsalını artırmaqla yanaşı, müvafiq stansiyaların mövcud enerji sisteminə inteqrasiyasını da təmin etməkdir.
İlk tender Kəlbəcər şəhəri və Eyvazlı kəndində yerləşəcək KSES-lərin tikintisini və onların enerji sisteminə inteqrasiyasını əhatə edir. Bu layihənin ehtimal olunan qiyməti 36.957.458,12 AZN təşkil edir. Təkliflər 22 avqust 2025-ci il saat 10:00 tarixinə qədər təqdim olunmalıdır. Zərflər də eyni tarix və saatda açılacaq. İştirak üçün müəyyən olunan haqq 5 544 manatdır. Müsabiqə ilə bağlı əlaqələndirici şəxs “Azərenerji”nin baş mütəxəssisi Həmid İsazadədir. Onunla [email protected] elektron poçtu və +994 12 490 09 27 nömrəsi vasitəsilə əlaqə saxlamaq mümkündür.
İkinci tender isə Laçın rayonunun Qoşasu, Seyidlər və Bülövlü kəndlərində yerləşəcək KSES-lərin tikintisini əhatə edir. Bu layihənin ehtimal olunan qiyməti 55.167.900,00 AZN olaraq göstərilib. Təkliflərin təqdim və zərflərin açılış tarixi birinci tenderlə eynidir – 22 avqust 2025-ci il, saat 10:00. Bu tenderdə iştirak haqqı isə daha yüksək 8 275 manat müəyyən olunub. Əlaqələndirici şəxs “Azərenerji”nin baş mütəxəssisi Azad Məmmədovdur. Əlaqə üçün [email protected] elektron ünvanına və +994 50 265 81 91 nömrəsinə müraciət edilə bilər.
Hər iki layihənin reallaşması Azərbaycanın azad edilmiş ərazilərində yaşıl enerji infrastrukturunun qurulması baxımından böyük əhəmiyyət daşıyır.