Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən Qarabağ Universitetinin Klinikası PHŞ üçün iki böyük tender elan edilib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” 194 min manatı nəyə xərcləyəcək? - TENDER
FED.az xəbər verir ki, birinci tender universitetin “Biznes və İqtisadiyyat” fakultəsi binası üçün mebel, avadanlıq və laboratoriya avadanlıqlarının satınalınmasını əhatə edir. Bu tenderin ehtimal olunan qiyməti 4 895 422 AZN olaraq müəyyən edilib. Təkliflərin son təqdim olunma tarixi və vaxtı 20 noyabr 2025-ci il, saat 16:00, zərflərin açılış tarixi də eyni gün və saatda nəzərdə tutulub. Tenderdə iştirak etmək üçün tələb olunan iştirak haqqı 1 000 AZN təşkil edir.
İkinci tender isə Qarabağ Universitetinin Tədris və Klinika binaları üçün mebel, avadanlıq və laboratoriya avadanlıqlarının satınalınmasını nəzərdə tutur və ehtimal olunan qiyməti 7 956 853 AZN-dir. Bu tenderdə təkliflərin son təqdim olunma tarixi və zərflərin açılış tarixi də 20 noyabr 2025-ci il, saat 16:00 olaraq müəyyən edilib. İştirak haqqı 1 500 AZN-dir.
Təchizatçılar vasitəçi olmadan birbaşa əlaqəni universitetin məsul şəxsi, Baş mütəxəssis Şaban Məmmədovla təmin edə bilərlər. Onun e-poçt ünvanı [email protected], telefon nömrəsi isə +994 12 465 73 48-dir.