Qarabağ Dirçəliş Fondu üç tenderə yekun vurub.
FED.az xəbər verir ki, "Dəftərxana ləvazimatları, təsərrüfat malları və katriclərin satınalınması" kotirovka sorğusunun qalibi "Grey Group" MMC (VÖEN: 1006224701) olub.
Şirkətlə 19 045 manat məbləğində müqavilə imzalanıb.
""Maliyyə, Mühasibat, Kadr və Əmək haqqı, Planlama və Büdcə uçotunun aparılması; Büdcə və planlama, Vergi, DSMF və müvafiq idarəetmə hesabatlarının hazırlanmasını təmin edən 1C proqram təminatının" satınalınması" tenderinin qalibi "Biznesin Avtomatlaşdırma və İnkişafı Mərkəzi" MMC (VÖEN: 1805591121) olub.
Şirkətlə 25 690 manat mələğində müqavilə imzalanıb.
"Tədbirlərin təşkil olunması xidmətlərinin satınalınması" tenderinin qalibi "The Event Company" MMC (VÖEN: 1007746921) olub.
Şirkətlə 200 638 manat məbləğində müqavilə imzalanıb.