Bakı Nəqliyyat Agentliyi “Qala Sığorta” şirkəti ilə 3 milyon 817 min 998,28 manat ümumi məbləğində 4 müqavilə imzalayıb.
FED.az xəbər verir ki, bu barədə "İnterfaks"a BNA-dan məlumat verilib.
Eləcə də bax: "Qala Sığorta" tenderin - QALİBİ OLDU
“BNA “Qala Sığorta” daşınmaz əmlakın yanğın və digər əlavə risklərdən könüllü sığortası, üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsulliyyətinin icbarı sığortasından artıq olan hissəsi üçün avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyyətinin könüllü sığortası və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası üzrə müqavilələr imzalayıb. Müqavilələrin dəyəri müvafiq olaraq 490 min 68,86 manat, 60 min manat, 52 min manat və 3 milyon 215 min 929,42 manat təşkil edib”, - agentlikdən qeyd ediblər.
Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.
Xəbər verildiyi kimi, 2015-ci il sentyabrın 30-da “AzReTəkrarsığorta” şirkəti “Chartis Azerbaijan” sığorta şirkətinin səhmlərinin 100%-nin $6,5 mln.-a alınmasına dair sövdələşməni başa çatdırıb. Bununla əlaqədar “Chartis Azerbaijan” şirkətinin adı dəyişdirilərək “Qala Sığorta” adlandırılıb. Şirkətin nizamnamə kapitalı 8 mln. 50 manatdır.