Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda 1987-1991-ci illərdə Qərbi Azərbaycandan məcburi deportasiyaya məruz qalaraq, “qaçqın” statusu almış azərbaycanlıların və bu statusa malik qohumlarının şəxsi məlumatlarının daxil edilməsi, elektron xəritə üzərində göstərilməsi və idarəedilməsi üçün informasiya sisteminin yaradılması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 450 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1500258001
Satınalan təşkilatın ünvanı: AZ 1122, Bakı şəhəri Tbilisi prospekti 129
Müsabiqənin başlama tarixi və vaxtı: 02.08.2023 17:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 22.08.2023 15:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 30.08.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 31.08.2023 15:00
Ödəniş şərtləri - e-qaimə, təhvil təslim aktları
Çatdırılma yeri - Bakı şəhəri, Yasamal rayonu, Tbilisi pr.-129
Çatdırılma müddəti - ilin sonunadək
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
İddiaçının ilkin qeydiyyat sənədlərinin surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) ünvan və bank rekvizitləri
İddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə
Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması və onlara xidmətlərin göstərilməsini həyata keçirməyə icazə verən lisenziyanın olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmayan, habelə ödəmə qabiliyyəti olmayan, məhkəmə tərəfindən müflis elan olunmuş, əmlakı üzərinə həbs qoyulmuş hüquqi şəxslər, vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəlikləri olan hüquqi şəxslər, eləcə də digər tenderlərdə iştirak zamanı yol verdiyi qanun pozuntularına görə sonrakı tenderlərdə iştirakı məhkəmə tərəfindən müvəqqəti və ya həmişəlik qadağan olunmuş hüquqi şəxslər tenderdə iştirak edə bilməzlər.
İddiaçılar özləri barədə yanlış məlumatlar göstərməməli, satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmamalı, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olması məhkəmə qaydasında qadağan edilməməlidir.
İxtisas göstəriciləri:
Layihə dəyəri 1 milyon manatdan yuxarı olan tamamlanmış ən azı 1 oxşar layihənin olması (Sifarişçidən tövsiyyə məktubu və ya müqavilənin surəti və son təhvil-təslim aktı təqdim olunmalıdır);
İddiaçının 3 ildən az olmayaraq iş təcrübəsi olan və PMA və ya PMP sertifikatına malik olan ən azı 1 layihə menecerinin olması (mütəxəssisin tərcümeyi halı, əmək müqaviləsinin surəti və müvafiq sertifikatının surəti təqdim olunmalıdır);
İddiaçının verilənlər bazası üzrə 3 ildən az olmayaraq iş təcrübəsi olan 1 sertifikatlı mütəxəssisin olması (mütəxəssisin tərcümeyi halı, əmək müqaviləsinin surəti və müvafiq sertifikatının surəti təqdim olunmalıdır);
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Hüseynqulu Abbasəliyev, Monitorinq şöbəsinin müdiri
Email: [email protected]
Əlaqə telefonu: 012430 09 24
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
İstifadəçilərin qeydiyyatı modulu: İnzibatçının iş yeri, operatorun iş yeri, vətəndaşın iş yeri, rəhbərliyin iş yeri |
ədəd |
1 |
ədəd |
2 |
Şəxsi kabinet modulu |
ədəd |
1 |
ədəd |
3 |
Məlumatların daxil edilməsi modulu |
ədəd |
1 |
ədəd |
4 |
Elektron xəritə modulu |
ədəd |
1 |
ədəd |
5 |
Hesabatlar modulu |
ədəd |
1 |
ədəd |
6 |
İnteqrasiyalar modulu. (İAMAS – İAMAS-dan şəxsi məlumatların inteqrasiyası, ASAN – Ailə tərkibi haqqında, nigah haqqında, döğum haqqında, ölüm haqqında və hərbi xidmət haqqında sənədlərin inteqrasiyası, DİN – şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların inteqrasiyası, Sərhəd Xidməti – ölkədə və ya xaricdə olma haqqında məlumat almaq imkanı, Təhsil Nazirliyi – təhsil məlumatları haqqında məlumat almaq imkanı, Ədliyyə Nazirliyi – məhkumluq haqqında məlumat alınması |
ədəd |
1 |
ədəd |
7 |
Təlim kurslarının keçirilməsi |
ədəd |
1 |
ədəd |
8 |
Sistem təhvil verildikdən sonrakı 1-illik texniki dəstək |
ədəd |
1 |
ədəd |