“Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxs tərəfindən elan edilən yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınması ilə bağlı tender ləğv edilib.
Təhsil müəssisəsinin keçirdiyi 1,4 milyonluq tender - LƏĞV EDİLDİ
FED.az xəbər verir ki, 799.449,20 AZN məbləğində ehtimal olunan qiymətlə elan edilən müsabiqə üzrə satınalma prosesinin dayandırılmasına səbəb maliyyələşdirmənin dayandırılması olub. Qanunvericiliyə əsasən, bu addım Satınalmalar haqqında qanunun 36.1.6-cı maddəsinə uyğun həyata keçirilib.
Tenderin elanı 29 oktyabr 2024-cü il saat 18:58-də dərc edilmişdi. Sənəd qəbulunun son tarixi 23 noyabr 2024-cü il saat 12:00, eyni tarixdə isə zərflərin açılması nəzərdə tutulmuşdu.