Prezidentin Təhlükəsizlik Xidməti dörd tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, "Xüsusi hərbi geyimlər və ləvazimatların satın alınması" tenderinin qalibi "İM Army" MMC (VÖEN: 2006340701) olub.
Şirkətlə 98 815 manat məbləğində müqavilə imzalanıb.
"Hərbi ayaqqabıların satın alınması" tenderinin qalibi "ME.GA.AN" MMC (VÖEN: 1800284991) olub.
Şirkətlə 43 082 manat məbləğində müqavilə imzalanıb.
"Hərbi trikotaj geyimlərin satın alınması" tenderinin qalibi "Bakı-Əyirici-Toxucu" ASC (VÖEN: 9900009281) olub.
Şirkətlə 38 075 manat məbləğində müqavilə imzalanıb.
"Fərqləndirmə nişanlarının satın alınması" tenderinin qalibi "Zirvə-95" Firması (VÖEN: 1400214901) olub.
Şirkətlə 30 001 manat məbləğində müqavilə imzalanıb.