Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi “Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə məxsus inzibati binanın təmir-tikinti işləri” tenderinin nəticələrini elan edib.
Laçında 7 milyonluq tikinti tenderi - ELAN EDİLDİ
FED.az xəbər verir ki, tenderin qalibi “Orn-Group” MMC olub.
Qalib şirkətlə 13 780 000 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Orn-Group” MMC 2007-ci ildə yaradılıb, nizamnamə kapitalı 174 500 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Qəzənfər Bağırov Füzuli oğludur. Hüquqi ünvanı AZ1010, Bakı şəhəri Nəsimi rayonu, Şəmsi Bədəlbəyli, ev 102, m. 47 ünvanında yerləşir.
Xatırladaq ki, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi bu barədə tenderi dövlət satınalmaları portalından kənar elan edib.