Kənd Təsərrüfatı Nazirliyi "Qobustan rayonun (Abşeron rayonu inzibati ərazi vahidində) ərazisində inşa olunan yeni Pestisid poliqonuna giriş-çıxış yolunun çəkilməsi işləri" ilə bağlı tenderi yekunlaşdırıb.
FED.az xəbər verir ki, qalib şirkət "Modern Construction" MMC-dir.
Nazirlik qalib şirkət ilə məbləği 1 milyon 795 min 439 manat olan müqavilə imzlayıb.
Qeyd edək ki, Qobustan rayon Cəngi ərazisində yararsız Pestisid dərman tullantılarının saxlanılma üçün Poliqonun tikintisini də "Modern Construction" şirkəti həyata keçirir. Kənd Təsərrüfatı Nazirliyi ötən ilin İyun ayında "Modern Construction" şirkətilə məbləği 6 milyon 716 min 100 manat olan müqavilə imzalamışdır. İki müqavilə üzrə "Modern Construction" şirkətinə 8 milyon 511 min 539 manatlıq sifarişlər verilib. (Marja)