Təhsilin İnkişafı Fondu (VÖEN – 2007333601) açıq müsabiqə elan edir.
FED.az xəbər verir ki, müsabiqənin predmeti Bakı şəhəri, Sabunçu rayonu 68 nömrəli tam orta məktəbin sökülərək yerində 528 şagird yerlik yeni binanın tikintisinin əlavə işlərinin və mebel avadanlıqları ilə təchiz edilməsinin satın alınmasıdır.
Ehtimal olunan qiymət 1 milyon 308 min 688 manat 28 qəpik təşkil edir.
Müsabiqə 28 noyabr 2025-ci il, saat 10:16-da dərc olunub. Təkliflərin son təqdim edilmə vaxtı 5 dekabr 2025-ci il, saat 12:00, zərflərin açılışı isə eyni tarixdə və 12:00-da baş tutacaq.
İştirak haqqı 600 manat, istifadə haqqı isə 25 manatdır. Qaydalara əsasən, bu ödənişlər geri qaytarılmır.
Əlaqələndirici şəxs – Rauf Daşdanov, Təchizat və satınalma sektorunun müdiri
Telefon: +994 12 599 12 09 (6740)
E-mail: [email protected]
İddiaçılar təkliflərini 5 dekabr 2025-ci il, saat 12:00-a qədər Bakı şəhəri, Tbilisi prospekti 49 C, Çıraq Plaza, 14-cü mərtəbə ünvanına təqdim edə bilərlər.










