FED.az xəbər verir ki, “PAŞA Sığorta” ASC namizədləri “Tibbi ekspert” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
• Sığorta olunan şəxslərin maraqlarının müdafiəsi məqsədilə tibb müəssisələrinin sığorta şöbələrinin nümayəndələri və müalicə həkimləri ilə bilavasitə əlaqənin yaradılması, tibb müəssisələrinin heyətinə tibbi sığorta prinsiplərinin izahı; sığorta şirkətinin nüfuzunun qorunması;
• Sığorta olunan şəxslərin hospitalizasiyasının təşkilinə və onların tibb müəssisəsində olduğu müddətdə müalicə prosesinə nəzarət;
• Tibbi sığorta üzrə sığorta hadisələrinin tənzimlənməsi. Sığorta olunan şəxslərin müraciəti ilə bağlı tibb müəssisələrindən daxil olan sənədlərin təhlili, sığorta hadisələrinin tibbi-maliyyə ekspertizanın həyata keçirilməsi, tələb olunduqda ekpertizanın bilavasitə tibb müəssisəsində keçirilməsi. Sığorta ödənişinin həyata keçirilməsi barədə qərar qəbul edildiyi halda Sığorta Aktının hazırlanması;
• Assistans Mərkəzinin əməkdaşlarına klinikalar ilə iş xüsusiyyətlərinin izahı, cari məsələ və tapşırıqların həllində köməklik;
• Sığorta şərtlərinin təkmilləşdirilməsi prosesi çərçivəsində sığorta növləri üzrə sənədləşmə bazasının (sığorta aktları, hesabat formaları və s.) yaradılması və mütəmadi yenilənməsində iştirak;
• Tibbi sığorta üzrə zərərlərin cari təhlilinin hazırlanmasında departament rəhbərliyinə kömək;
• Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.
BİLİKLƏR
• Ali təhsil (tibb sahəsində) və ya müvafiq səhiyyə sahəsində uzunmüddətli təcrübə;
• Kompyuter bilikləri: Microsoft Office proqram təminatı paketi üzrə əsas biliklər;
• Dil bilikləri: Azərbaycan və rus dillərini sərbəst bilmək, ingilis dilini danışıq səviyyəsində bilmək.
TƏCRÜBƏ
• Müvafiq səhiyyə/ tibbi sığorta sahəsində ən azı 3 il iş təcrübəsi.
BACARIQLAR
• Ünsiyyət qurmaq bacarığı;
• Qeyri standart vəziyyətə cəld reaksiya vermək;
• Məntiqi təfəkkür.
Yaxşı ünsiyyət qurmaq qabiliyyəti.
Son müraciət tarixi: 30 oktyabr, 2019.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.