"Azərsu" ASC Ceyranbatan-Abşeron-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarların tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Eləcə də bax: 5.5 milyon manatlıq tenderi udan şirkət - MƏLUM OLDU
FED.az xəbər verir ki, tenderin qalibi “Nort Vest Konstrakşn” MMC olub. Qalib şirkətlə 48,66 milyon manatlıq müqavilə imzalanıb.
Xatırladaq ki, “Nort Vest Konstrakşn” şirkəti ötən ilin sonunda "Azərsu" ASC-nin Mingəçevir şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı elan etdiyi tenderdə də qalib gəlmiş və 40,736 milyon manatlıq sifariş əldə etmişdi.
Bundan bir qədər əvvəl isə “Nort Vest Konstrakşn” şirkəti "Azərsu"yun Qax və Salyan şəhərlərinin su-kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı elan etdiyi 2 tenderdə də qalib elan edilib. Bu işlərə görə şirkətə ümumilikdə 63,072 milyon manat ödənilib.
Qeyd edək ki, sözügedən şirkət Bakı Şəhəri Nəsimi Rayonu, Neftçilər prospekti, ev 153-də qeydiyyatdan keçib. Həmin ünvan həm də «Paşa Holdinq»in qeydiyyat ünvanıdır. Şirkətin qanuni təmsilçisi Elçin Bədəlovdur.