Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Maliyyə xidmətlərinin elektron formada təqdim edilməsi, sistemin hazırlanması və Elektron Hökumət Portalına inteqrasiya olunması xidmətinin satın alınması məqsədilə açıq tender elan edir.
FED.az xəbər verir ki, açıq tenderdə iddiaçı qismində satınalmaların predmeti üzrə müvafiq təcrübəyə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.
Eləcə də bax:Palata restrukturizasiya və problemli kreditlər bağlı - MƏLUMATLARI AÇIQLADI
Tender iştirakçıları dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.
Xidmətin 12 ay müddətində (Palatanın inzibati binasında) həyata keçirilməsi nəzərdə tutulur. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, təcrübə və maliyyə vəziyyəti. Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri: VÖEN – 1403372311
Bank – ASC “Xalq Bank”ın “Sahil” filialı Bankın
VÖEN – 2000296061
M/h – AZ24NABZ01350100000000067944
Kod – 510675
SWIFT – HAJCAZ 22
İBAN – AZ92 HAJC NCRA ZN00 9000 7131 0001
İştirak haqqı 600 manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
–tenderdə iştirak etmək üçün ərizə;
–iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
–malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
–malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid şərtlər toplusunda qeyd edilən məlumatlar;
–tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
–tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır)
–malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış.
–Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;
–iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti və Məcburi Dövlət Sosial Sığorta üzrə Hesabat.
Qeyd olunan sənədlər Azərbaycan dilində, düzgün şəkildə vaxtında təqdim edildiyi təqdirdə, satınalan təşkilat tenderdə iştirak etmək istəyən malgöndərəni (podratçını) iddiaçı kimi qeydə alacaqdır. Satınalan təşkilatla malgöndərənlərin (podratçıların) bir-birinə göndərdikləri sənədlər, bildirişlər, qərarlar və digər məlumatlar yazılı formada təqdim olunur, satınalan təşkilat bütün iştirakçıların eyniləşdirmə məlumatlarını məxfi saxlayır. Satınalan təşkilat xidmət təkliflərinə, bir-biri ilə rəqabət aparan xidmət göstərənlərə məlum olmasına yol vermədən baxır. Aparılan hər bir danışıq məxfi xarakter daşıyır və danışıqlarda iştirak edən tərəflərin heç biri qarşı tərəfin razılığı olmadan bu danışıqlara aid olan heç bir qiyməti, texniki və ya digər məlumatı açıqlamır.
İddiaçılar tender prosedurları ilə bağlı suallarını dövlət satınalmalarının vahid internet portalı (portal) vasitəsilə ünvanlaya bilərlər. Təklifin qiyməti bütün vergi, nəqliyyat və sığorta xərcləri daxil edilərək manatla hesablanıb ifadə edilməldir. İddiaçılar tenderdə iştirak üçün tender təklifi və bank təminatı istisna olmaqla yuxarıda göstərilən sənədləri 14 noyabr 2019-cu il saat 18.00–a, tender təklifi və bank təminatını isə 22 noyabr 2019-cu il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 25 noyabr 2019-cu il saat 12.00-da açılacaqdır.
İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər. Satınalan təşkilatın qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü və ya düşəcəyini bəyan edən malgöndərənin (podratçının) qanunvericiliklə müəyyənləşdirilmiş qaydada şikayət vermək hüququ vardır. Dövlət satınalmaları ilə bağlı digər məsələlər “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna, o cümlədən digər hüquqi aktlara uyğun olaraq tənzimlənir.