Bu ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində 141,1 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin yanvar ayına nisbətən 25,6% çoxdur.
Yanvar ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları bütün mallara xərclədiyi vəsaitin 2,7% faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.










