Oğuz Suvarma Sistemləri İdarəsinin "Yaqublu kəndində 21/E-2 reper nömrəli subartezian, Sincan kəndi ərazisində yerləşən 21/E-17 subartezian, Xal-Xal Qışlaq kəndi ərasində yerləşən 21/E-14 və Padar kəndi ərasində 21/E-21 reper nömrəli subartezian quyularının əsaslı təmiri üçün layihə smeta sənədlərinin hazırlanması işlərinin satın alınması" tenderi ləğv olunub.
FED.az xəbər verir ki, buna səbəb tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olmasıdır.
Bu da Dövlət Satınalmaları haqqında qanunun 11.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.