OBA marketlər şəbəkəsi marketlərdə çalışan əməkdaşlarının yay geyim təminatı ilə bağlı tender elan edib. Marketlər şəbəkəsindən FED.az-a verilən məlumata görə, iddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
2. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
3. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
4. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
5. İddiaçının iştirak etmiş olduğu bənzər irihəcmli proyektlər haqda məlumat toplusu
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədlərin elektron surətini (tender təklifi, nümunələr və bank təminatı istisna olmaqla) 07.01.2018-ci il 17:00-dək [email protected] ünvanına göndərməlidirlər.
OBA marketlər şəbəkəsi geyim alır – TENDER ELANI
12:58
21 Dek 2018