Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Bir sıra avadanlıqların əsaslı və cari təmiri işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “NOKA” MMC olub.
Şirkətlə 2 897 172 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “NOKA” MMC 2021-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Günel Tahirova Yaşar oğludur. Hüquqi ünvanı Az1010, Bakı Şəhəri Nəsimi Rayonu, Üzeyir Hacıbəyli, ev 5, m. 3 ünvanında yerləşir.